Ürün Özellikleri
Stok Kodu
9786050624434 Boyut
135-210-0 Sayfa Sayısı
94 Basım Tarihi
2020-12-23
Kapak Türü
Karton
Kağıt Türü
Kitap Kağıdı
Dili
Azerbaycan Türkçesi
Vəhhabilik cərəyanı yaranandan bu günə kimi müxtəlif formalarda təqdim edilərək, haqqında müxtəlif məlumatlar verilmişdir. Həmin şərh və məlumatları analiz edərkən Vəhhabiliyin mahiyyəti ortaya çıxır. Belə ki Vəhhabilik XVIII əsrdə Məhəmməd bin Əbdülvəhhabın ideyaları əsasında ortaya çıxmış dini-siyasi bir cərəyandır. Yarandığı ilk dövrlərdə həmin
cərəyanın əleyhinə çıxanlar Məhəmməd bin Əbdülvəhhabın ideyalarını qəbul edənləri "Vəhhabi" deyə adlandırdıqları üçün
onlar sonralar da bu adla tanınmışlar.
Son illər Azərbaycanda da özünə tərəfdar kütləsi tapa bilmiş bu cərəyan cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır, müxtəlif şəkillərdə qiymətləndirilir. Cəmiyyətimizin din, xüsusilə də məzhəblər və cərəyanlar haqqındakı məlumat azlığını nəzərə alaraq, belə bir tədqiqat aparmağı lazım bildik. Vəhhabilik cərəyanını elmi nöqteyi-nəzərdən cəmiyyətimizə çatdırmaq da bu sahədəki elm adamlarının öhdəsinə düşür. Kitabda Vəhhabilik cərəyanı, onun qurucusu, meydana gəlmə səbəbləri, kitabları, inanc əsasları və təsir əhatəsi ilə əlaqədar məlumatlar bir yerə toplanmışdır.
Yorum yaz